Ağcabədidəki biabırçılıqla bağlı RƏSMİ AÇIQLAMA - `O qadın yalan danışır`


02:17     02 Fevral 2017 16467168_939296562873208_729316684_n47.jpg

Bir sıra xəbər portallarında yerləşdirilən yazılarda Ağcabədi rayon sakini Səadət Məmmədovanın həmin rayonda sələmçilərin toruna düşməsi, qızıllarını girov qoyaraq 6 min manat məbləğində sələmə pul götürərək ötən bir neçə ildə guya 100 min manata yaxın pul ödəməsi, məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarının sələmçiləri müdafiə etməsi barədə yayılmış iddialar əsassızdır və qərəzlidir.


Femida.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən verilən məlumatda deyilir:

Vurğulanır ki, əslində, yazılanların əksinə olaraq müraciət müəllifinin sələmçilər kimi göstərdiyi və bəzilərinin adlarını çəkmədiyi 8 həmyerlisi Ağcabədi RPŞ-yə müraciət edərək Səadət Məmmədovanın Türkiyə Respublikasından ucuz qiymətə qızıl alacağını vəd edərək onların ümumilikdə 41200 manat və 4500 dollarlıq vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyini bildiriblər.

Qeyd olunan ərizələr əsasında toplanmış material üzrə Ağcabədi RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma zamanı ərizəçilər zərərçəkmiş şəxs qismində tanınaraq ifadələri alınıb, şahidlər dindirilib, üzləşdirmələr keçirilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Aparılmış araşdırma zamanı S.Məmmədovanın azyaşlı qızı Xumar Kərimovanın Sahibə Səfərova tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi və Ağcabədi rayon notariat kontorunun notariusu Abdı Şirinovun vəzifə saxtakarlığına yol verməsi faktları öz təsdiqini tapmayıb.

Sözügedən cinayət işi üzrə Səadət Məmmədova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində "Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaq tamamlanaraq ittiham aktı ilə birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səadət Məmmədova Ağabədi rayonunda sələmçilərin toruna düşdüyü ilə bağlı Femida.az-a müraciət etmişdi. O sələmə götürdüyü pulun qalanının ödənilməsi üçün hədələndiyini, daha sonra isə qızının girov götürüldüyünü iddia edirdi.

Xəbərə ətraflı olaraq BURADAN baxa bilərsiniz.

Femida.az

Açar sözlər:

Oxunub: 4344